Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

09:00 21 Aprel 2023

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, paylaşımda bildirilir:

“İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.



Xəbər xətti