Azərbaycanda daha bir general təqaüdə göndərilib - Vilayət Eyvazovun əmri ilə

10:56 26 Yanvar 2022

Azərbaycanda daha bir general təqaüdə göndərilib.

Sitat.info Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb.



Xəbər xətti