Xaçmazda itkin düşən iki məktəbli qardaş tapılıb - YENİLƏNİB

13:58 22 Aprel 2023

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bunu "Report"un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vastəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduğlarını bildirdilər", - o söyləyib.Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bunu "Report"un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vastəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduğlarını bildirdilər", - o söyləyib.

***11:17

Xaçmazda iki qardaş itkin düşüb.

Bu barədə Sitat.info-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.



Xəbər xətti