Azərbaycanla Gürcüstan arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbulu zamanı vurğulanıb.
Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.