"Bu gün Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovu intizam məsuliyyətinə cəlb edib və “töhmət”lə cəzalandırıb. MM bu addımı ilə Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsini açıq-aşikar pozub".
Sitat.info xəbər verir ki, bu sözləri hüquqşünas Ələsgər Məmmədli deyib.
O qeyd edib ki, deputat söylədiyi fikrə görə məsuliyyətə (o cümlədən intizam məsuliyyətinə) cəlb edilə bilməzdi: "Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz".
Nərgiz,
Sitat.info