Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a səfər edəcək.
“Sitat.info” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
O qeyd edib ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.
Həmçinin Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da Vaşinqtona gedir. Ermənistan nümayəndə heyətinin işgüzar səfərinin mayın 5-dək davam edəcəyi bildirilir.