Ağ Partiya Əli Əliyevin Müdafiə Komitəsinə etiraz etdi: "İmzamız var, amma xəbərimiz yoxdur"

12:30 26 Yanvar 2022

Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsi ilə bağlı yaradılmış Müdafiə Komitəsinin bəyanatı yayılıb.

Sitat.info xəbər verir ki, bəyanata imza atanlar sırasında Ağ Partiya Tural Abbaslının da adı yer alıb. Lakin partiya sədri özü bundan xəbərsizdir.

Ağ Partiya başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı isə bildirib ki,  bəyanatdan partiya rəhbərliyinin məlumatı olmayıb: "Partiyanın 14 yanvar tarixli bəyanatında bu həbsə olan mövqeyimiz tam şəkildə ifadə olunub".

Sitat.info

 



Xəbər xətti