2023-cü il mayın 3-nə keçən gecə Kreml ərazisində yanğının videosu şəbəkədə peyda olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, kadrlarda uçan obyektlərdən birinin Kremlin damına doğru uçduğu və vurulduğu əks olunub.
Partlayış qonşu binaların videomüşahidə kameralarına düşüb. Rusiya Ukraynanı Putinə sui-qəsddə ittiham edir
Kreml iddia edir ki, guya Ukrayna PUA-nı Rusiya Federasiyası Prezidentinin administrasiyasına yönəldib və onu öldürmək istəyib. Hazırda bununla bağlı heç bir sübut yoxdur.
Rusiya hava hücumundan müdafiə qüvvələrinin iki pilotsuz təyyarəni vurduğu iddia edilir. Rusiya Federasiyası mayın 9-da Moskvada Qələbə Günü ərəfəsində baş vermiş zərbə cəhdini terror aktı kimi “baxır”.
Nərgiz,
Sitat.info