Həbsdə olan Navalnıya Putinin səsi ilə işgəncə verirlər: O isə bu işgəncənin müsbət tərəflərini açıqlayıb...

17:18 3 May 2023

Rusiya müxalifətinin lideri Aleksey Navalnı həbsxana rəhbərliyinin ona verdiyi işgəncələr barədə açıqlama verib. 

Sitat.info xəbər verir ki, Navalnı ona Vladimir Putinin çıxışlarını dinlətməklə işgəncə verdiklərini bildirib.

Telegram kanalında yer alan açıqlamada deyib ki, işgəncə verənlər bu metodu hansısa kitabdan öyrəniblər:

"Uzun müddətdir ki, hansısa casus detektivində məhbusların məruz qaldıqları işgəncələr haqqında oxuyurdum. Onlar işgəncə kimi Mao Tszedunun şeirlərini böyük həcmdə ifa edirdilər. Görünür, bizim həbsxana sistemində də kimsə bu kitabı oxuyub", - Navalnı deyir.

Müxalifətçi şikayət edib ki, həbsxana rəhbərliyi ona qarşı “Misir edamları” tətbiq edir – məktublara qadağa qoyur, ərzaq bağlamalarını dağıdır, tək kameraya salırlar. Bununla belə, Putinin həbsxananın səsgücləndirici sistemi vasitəsilə yüksək səslə səsləndirilən çıxışları ən yaradıcı işgəncə kimi istehza mövzusuna çevrilib.
Navalnının sözlərinə görə, məhbuslar "Putin tərəfindən işgəncələrə" yatmazdan əvvəl "boş vaxt" deyilən vaxtda başlayırlar.

Buna baxmayaraq, siyasətçi “Putinin işgəncəsində” üç müsbət məqam tapıb.

Birincisi, həbsxana rəhbərliyi öz hərəkətləri ilə əslində Putinin çıxışlarını dinləmənin cəza olduğunu etiraf etdi. İkincisi, həbsxana işçiləri də divardan asılmış dinamiklərin altından dəhlizlə gəzərkən Putinin cəfəngiyyatına qulaq asmağa məcbur olurlar. Və üçüncüsü. Putinin çıxışlarından biri belədir: "Müharibəni biz yox, onlar başlatdı və biz də onu dayandırmağa çalışırıq". Məhz artıq yatmağa getdiyim anda yorğanı çənəmə çəkib gözlərimi yumuram və hər dəfə əmin oluram: "Mən hər şeyi düz etdim, belə bir hakimiyyətə boyun əyməkdənsə, həbsxanada olmaq daha yaxşıdır. Bundan sonra sevinclə yuxuya gedirəm”, - deyə müxalifətçi deyir.

Nərgiz,

Sitat.info



Xəbər xətti