Ermənistan sülh proqramını qəbul edib - Paşinyan

16:26 4 May 2023

Bölgəmizdə sülhün alternativi yoxdur.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyaya səfəri zamanı deyib.

Paşinyan bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayıb:

"Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh proqramını qəbul edib. İnanırıq ki, bölgəmizdə sülhün alternativi yoxdur".

Çexiyanın baş naziri Petr Fiala həmçinin birgə mətbuat konfransında deyib ki, Çexiya regiona sabitlik gətirəcək sülh təşəbbüslərini və səylərini dəstəkləyə bilər və dəstəkləyəcək:

"Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipial əhəmiyyət kəsb edir. Burada, Praqada bir addım atıldı. Bu, iki ölkə arasında münasibətlərdə tarixi mərhələ sayıla bilər"./ Axar.az



Xəbər xətti