Səfir: "Rusiya şirkətləri Qarabağdakı layihələrə maraq göstərir"

13:51 26 Yanvar 2022

“İndiyədək Rusiyanın 14 şirkəti Azərbaycanın azad olunmuş ərazilərində bərpa layihələrində iştirak etmək üçün müraciət edib”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

“Ötən il Rusiyanın Azərbaycana 50-dək şirkətin iştirak etdiyi iki işgüzar missiyası həyata keçirilib. Həmin missiyaların gündəliyində Rusiya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak etməsi mühüm yer tutub”, - o deyib.



Xəbər xətti