Abşeronda qadını vuran şəxsə hökm oxundu

16:29 6 May 2023

Abşeron Rayon Məhkəməsində avtomobillə piyadanı vurmaqda təqsirləndirilən Xəki Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sitat.info xəbər verir ki, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 18 oktyabr 2022-ci il tarixdə, saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Dəyirman yolu” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Xəki Quliyev etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı avtomobillə Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan yolu keçən piyada Rahilə Həsənovanı (şərti) vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub./ Pravda.az



Xəbər xətti