Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

17:45 6 May 2023

Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, tədbirdən əvvəl Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, onun məzarı önünə əklil qoyub, çiçəklər düzüb.

Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Xidmətinin rəisi İlqar Musayev Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik, uzaqgörən siyasətçi kimi ölkənin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat verib. O, qeyd edib ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima Ulu Öndərin diqqət mərkəzində olub, yüksək nailiyyətlər əldə edilib. Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə, ömrünü öz xalqına həsr etdiyi və onun Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı xüsusilə vurğulanıb. General-leytenant Prezident, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirdiyini, apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirilib. Sonda İ.Musayev dövlət başçısının sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini, bu münasibətlə Dövlət Xidmətində il ərzində bir sıra silsilə tədbirlərin həyata keçiriləcəyini qeyd edib./ Report



Xəbər xətti