Məscidül-Əqsa imam xətibi Şeyx İkrime Səbri sərbəst buraxıldı - Bu şərtlə

22:28 8 May 2023

İsrail kəşfiyyatı tərəfindən heç bir əsas olmadan ifadə verməyə çağırılan Məscidül-Əqsa imamı Şeyx İkrime Səbri "istintaq üçün geri qayıtmaq və bəzi ərəb media kanalları ilə əlaqə saxlamamaq" şərti ilə sərbəst buraxılıb.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Şeyx Səbrinin vəkili Halid Zebaraka jurnalistlərə qısa açıqlama verib.

Zebaraka bildirib ki, Şeyx İkrime Səbri qarşıdakı təhqiqat üçün iştirak etməsi və üç media kanalı: Əl-Menar, Əl-Əqsa və Əl-Meyadin vasitəsilə əlaqə saxlamaması kimi şərtlərlə azad edilib.

İsrail rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Dünən Şeyx Səbrinin ofisindən verilən açıqlamada, İsrail kəşfiyyatının mayın 8-i bazar ertəsi Şeyx İkrime Səbrini açıqlama üçün çağırdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, çağırış səbəbi ilə bağlı məlumat verilməyib.

İsrail qüvvələri Səbrinin evinə dəfələrlə basqın edib, onu ifadə verməyə çağırıb və Səbrinin Məscidül-Əqsaya girişinə qadağa qoyub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti