ANAMA rəhbəri azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayını açıqlayıb

16:13 9 May 2023

“Vətən müharibəsindən sonra 87 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib”.

Sitat.info xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“2020-ci ildə müharibədən sonra işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri davam etdirilir. İndiyədək 80 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Onu da qeyd edim ki, azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlar ən çox Ağdam və Füzuli rayonları ərazisində aşkar edilib", - o vurğulayıb./ Report



Xəbər xətti