Zaqatala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.
Sitat.info xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin yubileyinə həsr olunan konfrans keçirilib.
İcra başçısı M.Əhmədzadə Ulu Öndər H.Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məruzə söyləyib.
Sonda Ulu Öndərin həyatını əks etdirən sənədli film nümayiş olunub.