Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".