“Bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb. Bu gün bu ştam daha çox yayılıb”.
Sitat.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil: “Çünki yoluxanların 90 %-in üzərində “Omikron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.