Meral Akşener: "Bir-birini söyməklə, təhqir etməklə, böhtan atmaqla seçki ola bilərmi?"

17:52 11 May 2023

"Siyasət edirik, seçkiyə gedirik. Seçki seçicilərin bayramıdır. Bir-birini söyməklə, bir-birini təhqir etməklə, böhtan atmaqla seçki ola bilərmi?".

Sitat.info xəbər verir ki, bu sözləri İYİ Partiya sədri Meral Akşener Dənizli mitinqində çıxışı zamanı deyib.

İYİ Partiya sədri Meral Akşener partiyasının "29 Oktyabr Bulvarı Özay Qulu Meydanı"nda təşkil etdiyi mitinqdə xalqa müraciət edib.

Akşener mitinq sahəsinə gələrkən prezident Rəcəb Tayyib Ərdoğanın fotosu ilə birlikdə AK Partiyanın müxtəlif binalara asdığı plakatı və üzərində “Dənizlim vətənini böldürməz" ifadəsini gördüyünü bildirərək deyib: "Deyir ki, "Dənizlilər vətənsevərdir, ölkəni böldürməz" doğrudur Dənizlilər vətənsevərdir. Efelər, Dadaşlar, Gakkoşlar vətənsevərdir. Türkiyənin hər qarış torpağı üzərində yaşayan vətəndaşımız vətənsevərdir, bayraq sevərdir. Biz siyasət edirik, seçkiyə gedirik. Seçki seçicilər üçün bayramdır. Biri-birinizə küfür edərək, biri-birimizə təhqir edərək, biri-birimizə iftira ataraq bir seki ola bilərmi?". 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti