Tviterin sahibi İlon Mask şirkətə yeni baş direktor təyin edib.
“Sitat.info” xəbər verir ki, Mask bu barədə məlumatı öz tviter hesabında açıqlayıb.
Onun sözlərinə görə, yeni baş direktor təqribən 6 həftə sonra fəaliyyətə başlayacaq.
Yeni vəzifəli şəxsin adı açıqlanmasa da, onun qadın olduğu bildirilir.
Xatırladaq ki, İ. Mask sosial şəbəkəni ötən il 44 milyard dollara alıb.