Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.
Sitat.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: “Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.