Qubada iki avtomobil toqquşub, biri yanıb

15:00 13 May 2023

Quba rayonunun Qamqam kəndində “BAЗ” və “Baic” markalı iki minik avtomobili toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə “BAЗ” markalı minik avtomobilinin yanar hissəsləri yanıb. Digər avtomobil yanğından mühafizə olunub, yanğın söndürülüb.



Xəbər xətti