"Ata qayğısı göstərən Putin məndən xahiş etdi ki..." - Kadırova TELEFON ZƏNGİ

10:15 17 Mart 2022

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova telefonla zəng edib.

Musavat.com Manset.az-a istinadən xəbər verir ki, bu barədə R.Kadırov Teleqram sosial şəbəkə hesabında yazıb.

“Bizim dövlət başçısı ilə telefon danışığımız baş tutdu. Ata qayğısı göstərən prezident məndən uşaqları qorumağı xahiş etdi. Mən bütün döyüşçülər adından Vladimir Vladimiroviçə yüksək qiymətə görə dərin təşəkkür edirəm. Biz xalqa və Vətənə xidmət etdiyimizə görə xoşbəxtik”, - Kadırov qeyd edib.

Qeyd edək ki, bundan öncə Putin Kadırova zəng edəcəyini açıqlamışdı.



Xəbər xətti