Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların olduğu bildirilib.
Açıqlamada, ərazidən gələn xəbərlərdə yağışların səbəb olduğu daşqınlarda 31 nəfərin həyatını itirdiyi, 37 nəfərin yaralandığı, 3 nəfərin isə itkin düşdüyü, yağışın qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu bildirilib.
Qeyd edək ki, Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.
Seymur Bənnayev
Sitat.info