Türkiyədən kritik qərar: "Yol xəritəsi" hazırlanır

14:22 18 May 2023

“Ankara yol xəritəsi üzərində işə başlamaq üçün müxtəlif departamentlərin nümayəndələrinin daxil olduğu bir komitə formalaşdıracaq. Türkiyə tezliklə Suriya ilə münasibətləri normallaşdırmaq üçün yol xəritəsi hazırlamağa başlayacaq”.

Sitat.info xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada mətbuat konfransında deyib.

"Digər bir məsələ Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasıdır, biz yol xəritəsi hazırlamaq qərarına gəldik. Yaxın vaxtlarda Xarici İşlər Nazirliyi digər idarələrlə birlikdə bir komitə yaradacaq, ondan sonra bu yol xəritəsinin hazırlanması üzərində işlərə başlanacaq", - Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan əvvəl Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva RF-İran-Türkiyə-Suriya dördtərəfli formatı çərçivəsində (10 may) Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsi hazırlamağı təklif edib./ Publika.az



Xəbər xətti