ABŞ Ukraynaya hansı silahları verir? – CNN

16:50 17 Mart 2022

CNN kanalı ABŞ prezidenti Cozef Baydenin martın 16-da Ukraynaya ayırdığı 800 milyon dollarlıq müdafiə yardımına daxil olan silahların siyahısını açıqlayıb.

Novator.az-ın məlumatına görə, siyahı belədir:

800 ədəd “Stinger” zenit komleksi;

6000 ədəd tank əleyhinə AT-4 sistemi;

5000 ədəd tüfəng;

2000 ədəd süngü;

1000 ədəd tank əleyhinə yüngül (çiyində gəzdirilə bilən) silah;

1000 ədəd tapança;

400 ədəd pulemyot;

400 ədəd qırma (saçma) tüfəngi;

100 ədəd pilotsuz uçuş aparatı;

100 ədəd qumbaraatan;

25 min ədəd zirehli jilet;

25 min ədəd dəbilqə;

atıcı silahlar üçün patronlar, qumbaraatan və minaatanlar üçün mərmilər (ümumi sayı 20 milyondan çox).

Məlumatı CNN kanalına ötürən mənbə Ukrayna tərəfinin xahişi ilə siyahıya “Switchblade” zərbə dronlarının da daxil edildiyini bildirib.

800 milyon dollara qədər Cozef Bayden 2022-ci ilin mart ayında Ukraynanın müdafiəsinə 200 milyon, fevral ayında 350 milyon dollar yardım ayırıb. 2021-ci il ərzində Baydenin Ukraynaya müdafiə sahəsində ayırdığı yardımın həcmi isə 1,2 milyard dollar təşkil edib.

Cozef Bayden 2021-ci il yanvarın 20-dən ABŞ-a rəhbərlik edir.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynada total müharibə aparır.



Xəbər xətti