Alen Delon rahat şəkildə ölmək üçün oğlundan kömək istədi

17:00 17 Mart 2022

Məşhur fransız aktyoru Alen Delon eftanaziya olunacağı xəbəri ilə hər kəsi şoka salıb.

Qeyd edək ki, eftanaziya yunan dilində "rahat ölüm" deməkdir və sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə mahiyyətini daşıyır.

Beləliklə, Alen Delon "qocalmaq dəhşətlidir, çünki insan simasını və görmə qabiliyyətini itirməyə başlayır" deyərək, bu cür ölməyi qərarlaşdırıb.  Məşhur ulduz qeyd edib ki, ölümdən əvvəl əzablara dözmək istəmir, ona görə də böyük oğlundan ona kömək etməsini xahiş edib.

Hazırda 86 yaşlı Alen Delon eftanaziyaya icazə verilən İsveçrədə yaşayır.  Aktyor etiraf edib ki, ölümündən sonra qohumları arasında miras  uğrunda mübarizənin olmaması üçün artıq vəsiyyətini də edib. 



Xəbər xətti