"Atəşkəs məsələsində ümidimiz bir az daha artıb".
APA -nın yerli büroüsunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövıud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kubela ilə görüşü zamanı deyib.
O bir daha bildirib ki, Türkiyə Rusiya-Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır və bu istiqamətdə Rusiya lideri Vladimir Putinlə təmaslar davam edir.
XİN başçısı qeyd edib ki, Rusiya ilə Ukrayna arasında razılıq əldə olunarsa, iki liderin görüşmək ehtimalı var.
Nazir bildirib ki, görüşün vaxtını Rusiya və Ukrayna prezidentləri müəyyənləşdirməlidir.