G7 ölkələri Xirosima sammitində Çinə müraciət edərək Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya təsir göstərməyə çağırıblar.
Sitat.info xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.
Yeddilik Qrupu həmçinin Pekinin, o cümlədən Kiyevlə birbaşa dialoq vasitəsilə Ukraynada ərazi bütövlüyü prinsipinə və BMT Nizamnaməsinin normalarına hörmət əsasında tam, dürüst və uzunmüddətli sülhün qorunmasını zəruri hesab edir.
Bundan əlavə, G7 ölkələri İranı Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə dəstəyi dayandırmağa və Tehranın Rusiyaya həyata keçirdiyi PUA-ların tədarükünü dayandırmağa çağırıb.
Eyni zamanda, G7 Ukraynaya lazım olan müddətdə dəstəyi davam etdirəcəklərinə söz verib.