Yoluxma 3 mini keçdi, 18 nəfər öldü...

17:40 26 Yanvar 2022

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3 min 192 yeni yoluxma faktı qeydə alınıb,      1 259 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

Son sutkada ölkədə koronavirus əleyhinə 30 min 563 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 min 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 876 min 73, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 220 min 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 734 min 740, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 921 min 368 təşkil edir.



Xəbər xətti