“Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaşımızdır”- Klaus İohannisin

15:45 25 May 2023

"Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır".

Sitat.info xəbər verir ki, bu fikirlər Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

"Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və Zati-alinizlə ətraflı müzakirələrə görə Sizə bir daha minnətdarlığımı bildirirəm", - məktubda bildirilib.



Xəbər xətti