AİB ilə əmtəə dövriyyəsi 31 faiz artıb - Prezident

18:59 25 May 2023

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcminin daha 38 faiz artdığını söyləyən dövlətimizin başçısı deyib:

“Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.



Xəbər xətti