Bay Kamal debata çağırdı, Ərdoğanın cavabı…

09:05 26 May 2023

Bizim onunla danışacaq heç bir məsələmiz yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə lideri, Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə açıqlamasında Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun teledebat təklifinə cavab olaraq deyib.

“İndi məni televiziyaya çağırır. Mənimlə nə danışacaqsan? Nə nailiyyəti var, nə də vizyonu. Sizinlə Okmeydan rayonundakı Sosial Sığorta İdarəsinin xəstəxanasını (Kılıçdaroğlu 90-cı illərdə Sosial Sığorta İdarəsinə rəhbərlik edib – red.) müzakirə edim? Yoxsa, seçkilərdə 1 faiz səs belə toplaya bilməyənlərə parlamentdə 40 yer verdiyinizdən danışaq?” - Ərdoğan bildirib.

Qeyd edək ki, Kılıçdaroğlu Ərdoğanın “terrorçularla işbirliyi”ni “sübut etmək” üçün onu teledebata çağırıb. Ərdoğan isə təklifi rədd edib və deyib ki, Kılıçdaroğlu onun terrorçularla işbirliyini sübut edə bilmirsə, deməli, vicdansız insandır.


 



Xəbər xətti