"Vaqner" 9 ay döyüşdüyü Baxmutdan geri çəkilir?

11:45 26 May 2023

Rusiyanın yarımhərbi qüvvəsi "Vaqner" aylarla mübahisəli mühasirədən sonra ələ keçirdiyi Ukraynanın Baxmut şəhərindən geri çəkilir.

Sitat.info xəbər verir ki, Vaqnerin tərk etdiyi mövqeləri rus ordusu dolduracaq.

Doqquz aylıq mühasirədən sonra Vaqnerin rəisi Yevgeni Priqojin 40 minlik əsgərini cəbhədən geri çəkməyə başladığını bildirib. Son günlər daha tez-tez baş verən Moskva tənqidlərini təkrarlayan Priqojin: “Rusiya yeni hərtərəfli səfərbərlik və ölkə daxilində müharibə vəziyyəti elan etmədən bu mübarizədə qalib gələ bilməz", - deyə xəbərdarlıq edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti