NATO Baş katibi: Müharibənin Ukraynadan kənara çıxmaması Alyans üçün daha önəmlidir

13:30 18 Mart 2022

NATO Baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskinin və onun xalqının məyusluğunu başa düşdüklərini, lakin müharibənin ölkə hüdudlarından kənara çıxmamasının Alyans üçün daha önəmli olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, ARD kanalına verdiyi müsahibədə danışıb.

Bununla bərabər Y.Toltenberq rəsmi Kiyevə dəstək verəcəklərini vurğulayıb.

“Biz hərbi və maliyyə dəstəyini gücləndirmişik. Almaniya da bu işdə əsas rol oynayır. Rusiya isə dünyada görünməmiş sanksiyalarla ağır bədəl ödəməlidir”,-deyə o qeyd edib.

Şimali Atlantika Alyansının baş katibi NATO müttəfiqlərinin Ukrayna əsgərlərinə Krımın işğalından bu yana təlim keçdiklərini xatırladıb və bütün bunların Rusiya ilə savaşda çox kömək etdiyini bildirib.



Xəbər xətti