Pakistanda qar uçqunu nəticəsində 10 nəfər ölüb

11:15 29 May 2023

Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən qar uçqunu nəticəsində ən azı 10 nəfər həyatını itirib, aralarında qadın və uşaqların da olduğu 24 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, “The Tribune Express” qəzetinin xəbərinə görə, Astore bölgəsindəki Şunter aşırımında qar uçqunu baş verib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Gilgit-Baltistan bölgəsində qar uçqunları tez-tez baş verir.

Qeyd edək ki, orta hündürlüyün 3 min 250 metr olan Gilgit-Baltistan bölgəsində hündürlüyü 7 min metrdən yuxarı 50-dən çox dağ var. Bölgədə hündürlüyü 8000 metrdən yüksək olan dünyanın 14 zirvəsindən 5-i də yerləşir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti