VAZ-2106 “Prado” ilə toqquşdu: xəsarət alanlar var

17:45 29 May 2023

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota Prado" və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Vasif Maarif oğlu Eminov və 2004-cü il təvəllüdlü Vüsal İlqar oğlu Mirzəliyev xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.



Xəbər xətti