Putin: Moskvaya PUA hücumu terror aktıdır

19:08 30 May 2023

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvaya pilotsuz təyyarənin hücumunu “terror aktı” adlandırıb.

Sitat.info xəbər verir ki, Putin paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada səhər saatlarında pilotsuz təyyarə ilə Moskvaya edilən hücumu dəyərləndirib.

Ukraynadakı qərar vermə mərkəzlərinə hücumlar edə biləcəklərini söylədiklərinə diqqət çəkən Putin: "2-3 gün əvvəl vurduğumuz Ukrayna hərbi kəşfiyyat mərkəzi də bu qərar mərkəzləri arasındadır".

Ukrayna rəhbərliyinin buna cavab olaraq fərqli yol seçdiyinə işarə edən Putin deyib: “Rusiya və Rusiya vətəndaşlarını qorxutmağa çalışmaq, mülki binalara hücum etmək yolunu seçdilər. Bu, təbii ki, bunun “terror aktı” olduğuna açıq-aydın işarədir”.

Moskvada hava hücumundan müdafiə sisteminin hücuma qarşı müvəffəqiyyətlə işlədiyini qeyd edən Putin: “Hələ üzərində işlənilməsi lazım olan məsələlər var. Paytaxtın hava hücumundan müdafiəsini gücləndirmək üçün lazım olan üsullar aydındır və biz bunu edəcəyik”, - deyə qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti