Ukraynada faciələr yaşanır, ruslar konsert keçirib əylənir: Putinin çıxışı yarımçıq kəsildi

19:01 18 Mart 2022

"Bu gün, martın 18-də Moskvanın "Lujniki" stadionunda "Krımın Rusiyaya birləşdirilməsinin ildönümü şərəfinə" mitinq-konsert keçirilir. Rusiya prezidenti Vladimir Putinin çıxışı canlı yayımda cümlənin ortasında fikrini başa çatdırmamış kəsilib, bundan sonra Oleq Qazmanov mahnı oxuyaraq kadrda görünüb və Putin artıq efirdə olmayıb. Peskov jurnalistlərə “buna serverdəki texniki nasazlıq səbəb olub” deyə açıqlama verib".

Sosial şəbəkədə bu bu barədə yazan iqtisadçı alim Qubad İbadoğlu Ukraynadakı faciə fonunda keçirilən konserti qınayıb: "Putindən sonra Moskvanın meri Sergey Sobyanin, RU TV-nin redaktoru Margarita Simonyan, XİN sözçüsü Mariya Zaxarova çıxış ediblər. Sonra konsert başlayıb, Ukraynada dinc əhalinin, körpə uşaqların qanı töküldüyü zamanda "Lujniki" stadionuna toplaşan 200 minə qədər iştirakçı konsertdən feyziyyab olublar". 

SİTAT.İNFO 



Xəbər xətti