Almaniya ordusunda hərbi personalın sayını artırmaq istəyir

20:03 1 İyun 2023

Almaniyanın müdafiə naziri Boris Pistorius, 2031-ci ilə qədər Almaniya Silahlı Qüvvələrində (Bundesver) hərbi personalın sayını 203 minə çatdırmaq məqsədinə nail olmaq üçün əllərindən gələni etdiklərini söyləyib.

Sitat.info  xəbər verir ki, Nazir Pistorius Kölndə Silahlı Qüvvələrin Personal İdarəetmə Federal İdarəsini ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib.

Pistorius 183 min personalı olan Alman ordusunda 2031-ci ilə qədər 203 min hərbi personal hədəfinə çatmaq üçün çalışdıqlarını ifadə edib.

COVID-19 epidemiyasından sonra müraciət edənlərin sayında azalma olduğunu və ixtisaslı kadr çatışmazlığının ən böyük problem olduğunu qeyd edən Pistorius deyib:

"Daha çox əsgər cəlb etmək üçün müraciət prosesi təkmilləşdirilməlidir. Müraciət edənlərə daha tez və məcburi şəkildə nə vaxt başlaya biləcəkləri bildirilməlidir ki, maraqlarını tez itirməsinlər. Həmçinin qadınlara və miqrantkara daha çox diqqət yetirilməlidir. Müxtəlif qüvvələrə malik olmağa davam etməliyik. Kadrların saxlanması baxımından da təkmilləşdirmələr aparılmalıdır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti