Hindistanda qatar relsdən çıxdı: 50 nəfər öldü

21:00 2 İyun 2023

Hindistan sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qəzanın yerli vaxtla saat 19:20-də Balasor şəhəri yaxınlığında baş verdiyi bildirilib.

Belə ki, sərnişin qatarı Kəlküttədən Çennaya gedirmiş. İlkin məlumata görə, qatarın 4 vaqonu relsdən çıxıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.



Xəbər xətti