Misirin paytaxtı Qahirədə qum fırtınası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Süveyş kanalında da təsirli olan nəhəng qum fırtınası həvəskar kameralara əks olunub.
Sitat.info xəbər verir ki, Misirin paytaxtı Qahirəyə qum fırtınası düşüb. Şəhərin mərkəzindəki reklam lövhəsi fırtınanın gücündən aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Görünüşün azalması səbəbindən nəqliyyatın sıxlığı da artıb. Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb. Kanaldakı gəmilərdən qeydə alınan görüntülərdə nəhəng qum fırtınasının səmanı bürüdüyü anlar kameraya əks olunub.
Seymur Bənnayev
Sitat.info