Zelenski: "Başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO üzvü olmayacağıq"

22:19 2 İyun 2023

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın başlatdığı müharibənin davam etdiyi müddətdə Ukraynanın NATO üzvü olmayacağını anladıqlarını bildirib.

Sitat.info xəbər verir ki, Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Estoniya prezidenti Alar Karis ilə görüşüb.

Ukrayna Prezident Aparatının yaydığı bəyanatda bildirilir ki, görüş zamanı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, bu il üçün nəzərdə tutulan beynəlxalq tədbirlər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti