ABŞ-da 40-dan çox qeyri-hökumət təşkilatı (QHT) mayın 1-də ABŞ prezidenti Co Baydenin Ağ Evdə təşkil etdiyi Fitr bayramı ziyafətinə buraxılmayan müsəlman bələdiyyə sədri Məhəmməd Hayrullah üçün birgə məktub imzalayıb.
Sitat.info xəbər verir ki, Ölkədəki 40-dan çox QHT ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitlə və Baydenin dövlət katibinin ictimai əlaqələr üzrə köməkçisi Karloz Elizondoya məktub göndərib.
Məktubda bələdiyyə sədri Xeyrullahın təhlükəsizlik səbəbi ilə son anda qəbula qatılmasının qarşısının alınmasına reaksiya verilib.
Ayna Fərhad
Sitat.info