Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.
Sitat.info APA-ya istinadən xəbər verir ki, yanvarın 19-da aşağı palata (Məclis) müvafiq qanun layihəsini qəbul etmişdi.
TASS-ın yazdığına görə, Yeni qanunun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.