İsrail iyunun 3-də sərhəddəki insidentdə 3 İsrail əsgərini öldürən misirli mühafizəçinin nəşini təhvil verib.
"Sitat.info" xəbər verir ki, "İ24, telekanalının saytında yer alan xəbərə görə, sərhəddəki qarşıdurmada ölən misirlinin cənazəsi ölkəsinə təhvil verilib.
İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərində qarşıdurmada ölən Misir təhlükəsizlik zabitinin Qahirədən olan 22 yaşlı Məhəmməd Salah olduğu bildirilib.
Xəbərdə mərhum misirlinin fotosu da paylaşılıb.
Seymur Bənnayev
Sitat.info