NATO-ya rəhbərlik uğrunda yarış başladı

14:43 6 İyun 2023

NATO-nun baş katibi Yens Stoltenberqin sentyabrda vəzifəsini tərk etməsi yaxınlaşdıqca, Alyansın yeni liderinin kim olacağı ilə bağlı müzakirələr qızışıb.

Sitat.info xəbər verir ki, Fransanın Avropa İttifaqından (Aİ) namizəd irəli sürdüyü, digər ölkələrin isə bu vəzifəyə qadın gətirməklə yenilik etmək istədiyi bildirilir.

Bu kürsüyə Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək Danimarkanın baş naziri Mette Frederiksenin adının verildiyi və NATO-nun ilk qadın baş katibi ola biləcəyi bildirilir.

Böyük Britaniyanın baş naziri Rişi Sunakın Co Baydenin Vaşinqtona səfəri zamanı ölkənin müdafiə naziri Ben Uollesə bu vəzifəyə gəlməsi üçün ona “təzyiq” edəcəyi iddia edilib. Həqiqətən də Sunak etiraf edib ki, NATO-nun növbəti prezidentinin kim olacağı ilə bağlı söhbətlər aparılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti