Yeni dövrdə Türkiyə-Yunanıstan münasibətləri necə bir yol gedəcək? Yunan mətbuatı bu suala cavab axtarır. "To Vima" qəzeti 2 ssenariyə yer verib. “i-eidiseis” xəbər saytı isə “Türkiyə regional gücdən qlobal güc mərkəzinə çevrilir” deyib.
Sitat.info xəbər verir ki, Prezident Ərdoğanın seçkilərdə qələbə qazanmasından sonra iki ölkə arasındakı münasibətlər Yunanıstan mətbuatının gündəminə gəlib.
Yunanıstanın aparıcı qəzetlərindən biri olan “To Vima” öz səhifəsinə iki ssenari paylaşıb.
Birinci ssenariyə görə, Ərdoğan Yunanıstan və Türkiyə arasında dialoqun təşəbbüskarı olacaq.
Xəbərə görə, bu, iki ölkə arasında gərginliyə səbəb olan problemləri həll etməsə də, münasibətlərdə daha müsbət münasibət olacaq.
Digər ssenariyə görə, iki ölkə arasında münasibətlər qeyri-müəyyən olacaq, həm sakitlik, həm də gərginlik hökm sürəcək.
Seymur Bənnayev
Sitat.info