Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın cənubunda, Xerson yaxınlığında yerləşən Kaxovka Su Elektrik Stansiyasında vəziyyətlə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvləri ilə fövqəladə iclas keçirib.
Sitat.info xəbər verir ki, Ukrayna prezidentinin ofisindən verilən açıqlamada, Zelenskinin Kaxovka Su Elektrik Stansiyasındakı vəziyyətlə bağlı təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırdığı bildirilib.
Açıqlamaya görə, daxili işlər naziri İqor Klimenko, xarici işlər naziri Dmitri Kuleba, “Ukrhidroenerqo”nun baş direktoru İqor Sirota, ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin birinci müavini Aleksandr Krasnolutski və “Energoatom” şirkətinin prezidenti Petro Kotin hesabatlarını təqdim ediblər.
Bildirilib ki, hadisədən sonra bütün fövqəladə hallar orqanları və ordu dərhal məsələ ilə bağlı məlumatlandırılıb, 80 yaşayış məntəqəsi daşqın zonasında yerləşib, mülki və hərbçi itkisi qeydə alınmayıb.
Seymur Bənnayev
Sitat.info