"Pamıq zavodları fermerlərdən hər ton məhsulun alış qiymətini təxminən 7 faiz, yəni 50 manat artırıb. Yeni qiymət hər ton xam pambıq üçün 750 manat müəyyən edilib". Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, fermerlərin bir çox xərclərində artım var və hökumətin son addımı bu artımlara adekvat deyil: "İşçi qüvvəsi, texnika ilə becərmə və sair xərclər artıb. Əsas artım isə gübrələrin qiymətindədir. Son 1 ildə baş verən az qala 50 faizlik artım müqabilində, hər halda 7 faiz çox yüksək artım deyil.
Son 2 ildə dünya bazarında da pambığın qiymətləri davamlı olaraq artıb. Hazırda hər ton pambığın (mahlıcın) ixrac qimyəti 2600 dollar yüksəkdir. Bu qiymət 2020-ci ilin mart ayına nisbətən 35% yüksəkdir.
Hökumət də əlavə olaraq hər ton pambığa 170 manat subsidiya ödəyəcək - nəticə etibarı ilə subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək".
İqtisadçı əlavə edib ki, fermerlərə təklif olunan 7 faizlik qiymət artımı müqabilində becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərinin aşağı olan mənfəətliliyini daha da azaldacaq.